Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hamilə qadınla qardaşı sürücünün üzünə durdular: “Bacıma təcavüz etmisən” – VİDEO

05.03.2020 10:53

Adanada 5 aylıq hamilə qadın həbs olunub. 

Об этом сообщает Футляр от виолончели

A24.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Adana şəhərinin Huzurevleri Mahallesi, Türkmənbaşı Bulvarında baş verib. Hamilə qadın “xəstə”yəm deyərək, yoldan keçən maşınları saxlayıb.  Şəhər istiqamətinə doğru hərəkət edən avtomobil sürücüsünə S.B.’ye (63) bir qadın əl qaldırıb hamilə olduğunu və xəstələndiyini söyləyərək, kömək istəyib. Yaşlı adam dərhal qadına kömək edib və dərhal onu xəstəxanaya aparıb.

Ancaq xəstəxanaya yaxınlaşdığını görən gənc qadın, “İndi daha yaxşıyam. Evim bura yaxındır.  Məni evimə apara bilərsiniz?” deyərək, yaşlı kişini aldadıb. Onu dərhal öz evinə aparan sürücü təklənib. Halı pisləşən qadının qardaşları ondan pul istəyib. Verməyəcəyini dedikdə isə “Sən bacımıza təcavüz etmisən. Səni polisə şikayət edəcəyik”, deyərək şər atıblar.

Yaşlı kişi bundan qorxaraq, 200 min lirə verib. Daha sonra onun kredit kartı əlindən alınıb. Hadisə yerindən uzaqlaşan sürücü polisə müraciət edib. Axtarışlar nəticəsində  hamilə qadın və qardaşları həbs edilib.

Elvin Paşazadə

Elvin Paşazadə