Hamilə sevgilisini 9 yerindən bıçaqladı
05.03.2020 10:53Samsunda 40 yaşlı Muhamməd H. 4 ildir birlikdə yaşadığı Serçin K.-nı 9 yerindən bıçaqlayıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Samsun bölgəsində yaşayan Muhamməd H. təqribən 4 ildir birlikdə olduğu və sığorta şirkətində katibə işləyən Serçin K.-nın yanına gedib. Serçin K. Muhammədə ondan ayrılmaq istədiyini deyəndə, aralarında mübahisə yaranıb.
Mübahisənin uzanıb davaya çevrilməsindən sonra Muhamməd H. üzərində gətirdiyi bıçaqla Serçin K.-nı ayaq və bud nahiyyəsindən 9 dəfə bıçaqlayıb. Yaralı qadın hadisə yerinə gələn təcili yardım ilə dərhal xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinın yaxşı olduğu deyilir, hazırda müalicə alır.
Hadisə ilə bağlı araşdırma aparan polis şübhəlini nəzarət altına alıb. Muhamməd H. “təqribən 4 ildir ki, birlikdəyik. Hamilə olduğunu söyləyəndə mən də gəl evlənək, mən hər ikinizə baxaram dedim. Bu mövzunu danışmaq üçün yanına getdiyim zaman aramızda mübahisə yarandı və bu hadisə baş verdi” deyib.

