Hava limanına gedən yolda ağır qəza – VİDEO
05.03.2020 10:54Bu gün səhər saatlarında aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli “Mercedes Benz E-Class” markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər “Mercedes Benz S-Class” zədələnib. Xəsarət alanların olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.
Qəza yerinə dərhal Yol Patrul əməkdaşları və Təcili Tibbi Yardım maşınları cəlb edilib.
Sözügedən istiqamətdə nəqliyyatın hərəkatı qismən məhdudlaşıb. (oxu.az)

