Havada 15 ilin anomal halı müşahidə olunur – COĞRAFİYA İNSTİTUTU
05.03.2020 10:54A24.Az xəbər verir ki, bu gün Azərbaycanda müşahidə olunan havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya deyib ki, belə hava şəraitinin olması cənubdan hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
Об этом сообщает Роспрес
Onun sözlərinə görə, yanvar ayında belə havanın olması anomal haldır və çox az-az hallarda qeydə alınır: “Son 10-15 ildə ölkə ərazisində belə hal müşahidə olunmayıb. Sonuncu dəfə 2010-cu ildə havanın temperaturu iqlim normasına bir qədər yaxın olub. Amma o zaman çoxillik norma ilə bir dərəcə fərq var idi. Bu il isə rayonlarda, o cümlədən Bakıda havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir”.
M.Həsənov vurğulayıb ki, hündürlüyü 500-600-dən yuxarı olan dağlıq ərazilərdə isə hava şəraiti çoxillik normaya uyğundur.

