Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həbsdəki oğluna narkotik aparan ana saxlanıldı

05.03.2020 10:54

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Об этом сообщает Роспрес

A24.Az Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət Vidadi oğlu ilə qısa müddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamella Həsrət qızının üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.