Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həcc başladı – Zəvvarlarımız Ərafat bölgəsinə yollanacaq – VİDEO

05.03.2020 10:54

Müqəddəs torpaqlarda həcc həyəcanı yaşanır. Bu gün ərəfə günü ilə başlayacaq həccin vacib ayinlərini yerinə yetirmək üçün Məkkəyə toplanan 1,7 milyondan çox zəvvar Kəbə ətrafında təvaf edəcək, ibadətlərini yerinə yetirəcək.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, Səudiyyə Ərəbistanının informasiya nazirliyinin açıqlamasına görə, bu il 1 milyon 735 min zəvvar rəsmi olaraq müqəddəs torpaqlara gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 418 min nəfər çoxdur. Ümumiyyətlə isə bu il 2 milyondan çox möminin Məkkəni ziyarət edəcəyi gözlənilir.

Həccin ən önəmli ayini Ərafat bölgəsini ziyarət etməkdir. Məhz dünən gecədən başlayaraq zəvvarlar Ərafata doğru yola çıxıb, günorta və ikindi namazlarını orda qılacaqlar.

Bu gecə isə Mina bölgəsinə yürüş başlayacaq. Şeytanın daşlanması ayininin keçirildiyi bu yerdə 3 gün boyunca vacib əməlləri yerinə yetirmək lazımdır. Sentyabrın 1-də qurbanlar kəsildikdən sonra zəvvarlar ehram qiyafəsindən çıxa bilərlər.

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətində 900 nəfər gedib. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, zəvvarlarımızın vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur.

Saytımız mövzu ilə bağlı “Xəzər xəbər”in videomaterialını təqdim edir: