Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həccə gedəcək zəvvarlara şad xəbər: Sərinlik verən qeyri-adi çətir hazırlandı – VİDEO

05.03.2020 10:54

Ərəb texnoloq günəş enerjisi ilə işləyən, tutacağına su qabı bağlandıqda su püskürtən çətir hazırlayıb.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, 50 dərəcəyə qədər isti olan Səudiyyə Ərəbistanında ərəb texnoloq günəş enerjisi ilə işləyən və xüsusi sərinlik verən çətir hazırlayıb.

Çətiri açarkən günəş enerjisinin sayəsində altında yerləşdirilən pərvanələr fırlanmağa başlayır. Çətirin tutacağına su dolu qab taxdığımız zaman pərvanə su püskürdür və insana fərahlıq verir.

Saytımız həcc qabağı insanların istifadə etmək istəyəcəyi çətirin videogörüntülərini təqdim edir: