Həftənin görüntüsü fotolarda
05.03.2020 10:54A24.Az Anadolu Agentliyinə istinadla həftənin görüntüsünü fotolarla təqdim edir:
Об этом сообщает Футляр от виолончели
Londonda Beynəlxalq yastıq günü münasibətilə Kenninqton parkında yastıq döyüşdürmə aksiyası keçirildi.
İraq ordusunun Mosul şəhərini İŞİD-dən geri almaq üçün başlatdığı hərbi əməliyyat davam edir. Mosulun qərbində yerləşən Cədid Məhəlləsində İraq Ordusu nəzdində olan Federal Polis Qüvvələri ilə İŞİD militanları arasında şiddətli küçə toqquşmaları baş verdi. Polis İŞİD-ə yüngül və ağır silahlarla hücum etdi.
Rusiyanın Sankt-Peterburq şəhər metrosunda törədilən iki partlayışda 10 adam həyatını itirdi, 47 nəfər yaralandı. Həyatını itirənlər Moskvada Kreml Sarayının yanında yerləşən “Naməlum Əsgər Abidəsi”nə əklil və qərənfillər qoyaraq terror qurbanlarını andılar.
Bəşər Əsədin dəstəklədiyi qüvvələr Suriyanın İdlib şəhərinə kimyəvi hücum etdi. Bombardman nəticəsində onlarla dinc sakin, əksəriyyəti uşaqlar olmaqla həyatını itirdi.
Kabildə mədəniyyət mərkəzinin açılışı. Bir qrup təlimçi Əfqan uşaqlarını əyləndirmək məqsədilə Mini Mobil Sirk (MMCC) yaradıldı. 2002-ci ildən bəri qaçqın düşərgələrini, müxtəlif məktəbləri və yetimxanaları gəzə-gəzə və illik festivallar təşkil edərək Əfqanıstanın 28 müxtəlif rayonunda sosial, mədəni və bədii fəaliyyətlər təşkil edən mobil sirk ilə təxminən 3,7 milyon uşaq və gənc maarifləndirilib.
Somalidə quraqlıq davam edir. Somalinin mərkəzi və cənub hissələrində baş verən həddən artıq quraqlığa görə çox sayda vətəndaş aclıq və yoluxucu xəstəlik ilə qarşı-qarşıya qalıb. Quraqlığın ən çox hiss edildiyi Bay bölgəsində yaşayan Hassan ərini vəba xəstəliyindən itirib. 6 uşağı ilə ərinin əmisi evinə sığınıb. O 9 aylıq körpəsinə quyudan çəkdiyi suyu içirtməyə çalışır.
Türkiyədə 16 Apreldə Konstitusiyaya edilən dəyişikliklərlə bağlı referendum keçiriləcək. “Bəli” və “Xeyr” kampaniyası bu ərəfədə daha da sürətlənir.
Avropa İttifaqı və BMT-nin Brüsseldə təşkil etdiyi Suriyaya Yardım Konfransında BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan də Mistura (solda) də iştirak edib.
Somalidə şiddətli quraqlıqdan sonra Baidoa şəhərinə leysan yağışları yağdı.
Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürdü. İsveçin paytaxtı Stokholmda terror aktı nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 15-ə çatdı.

