“Həmin fənlər qəbul imtahanlarında olmayacaq” – Ekspertdən AÇIQLAMA
05.03.2020 10:55Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq.
Об этом сообщает Футляр от виолончели
A24.Az axar.az-a istinadən bildirir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinlə, görə hal-hazırda ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qurupu üzrə həmin ixtisas qurupuna daxil olan 5 fənndən imtahan verirlər:
“Əlavə olaraq da buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Təkrar imtahana düşən fənlərin əvəzinə buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz oluna bilər. Həmin fənlər isə qəbul imtahanlarında olmayacaq”.

