Həmkarının yazısı aparıcını utandırdı – Onun yerinə özü azərbaycanlılardan üzr istədi – VİDEODA
05.03.2020 10:55Türk aparıcı proqramda azərbaycanlılara qarşı hörmətsizlik edən həmkarının əməlini pisləyib və üzr istəyib.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, Türkiyə mediasında yayımlanan videoda Mevlüt Tezelin köşə yazısında azərbaycanlıları hədəf alması yer alıb.
Bildiyimiz kimi oktyabrın 18-də Azərbaycan ilk dəfə futbol tarixində ilkə imza ataraq Çempionlar Liqasında xal qazanıb. Oyun keçirilən zamanı futbol klubuna dəstək üçün stadionda azarkeşlik edən bir qrup gəncin əllərində “Qarabağ” yazısını tutmalarını şərh edib. Yazının başlığını isə “En ezik kareografi” qoyub:
“Tarihinde ilk kez şampiyonlar Ligi’ne katılan Azerbaycan takımı Karabağ, ilk puanını evinde Atletico Madrid’e karşı aldı. 0-0 biten maçtan en ilginç görüntü ise Karabağ taraftarlarının A4 kağıtlarına ‘Qarabağ’ yazıp şeffaf dosyaya koyup koreografi yapmalarıydı. Futbol tarihinin en fakir, en ezik, en komik koreografisi bu olsa gerek. Olsun, yavaş yavaş onlar da öğrenecek futbol kültürünü”.
Yazılanlardan Azərbaycan türklərinin küsdüyünü deyən aparıcı “Azərbaycanın və Azərbaycan türklərinin bizi təqib etdiyini bilirik. Çünki bizə yazırlar. Odur ki, mən Mevlüt Tezelin adından sizdən üzr istəyirəm” deyə bildirib.
Saytımız Türkiyə mediasında yayımlanan müxbirinin çıxışını təqdim edir:
Firuzə Alimova / MTM

