Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həmkəndliləri gənc oğlanı bıçaqladı

05.03.2020 10:55

Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Об этом сообщает Роспрес

A24.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.