Hərbçimizi şəhid edən Sarkisyandan açıqlama: “Bir əllə danışıqlar aparıb, digər tərəfdən güllələmək mümkün deyil”
05.03.2020 10:56“Bir əllə danışıqlar aparıb, digər tərəfdən güllələmək mümkün deyil. Danışıqlar atəşkəsin pozulmasını sevmir”.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan “Ermənistan” telekanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, son iki il ərzində Vyanada, Sankt-Peterburqda bu münaqişə ilə bağlı görüşlər keçirib: “Həmin görüşlərdə müəyyən razılıqlara nail olduq. İndi proses iki istiqamət üzrə gedir. Birinci istiqamət, gərginliyi azaltmaq, araşdırmanın mexanizmlərini yaratmaq, bu da nəticə etibarı ilə müəyyən atmosferinin yaradılmasına gətirib çıxaracaq. Daha sonra münaqişə ilə bağlı məsələlər də dərinə getmək. Mən bu fikri bir neçə dəfə səsləndirmişəm: Bir əllə danışıqlar aparıb, digər tərəfdən güllələmək mümkün deyil. Danışıqlar atəşkəsin pozulmasını sevmir. Belə şərtlərdə hər hansı razılığa gəlmək mümkün deyil”, – deyə S.Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, faciəli hadisələr, insanların ölüm faktı danışıqlar prosesinə gərginlik yaradır: “Sakit atmosferdə hər sözü, hər fikri çözmək lazımdır, ola bilər ki, razılığa gəlmək olsun”, – Ermənistan prezidenti əlavə edib. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun Dağlıq Qarabağ münaqişəsi haqda fikirlərə münasibət bildirən Serj Sarkisyan, rusiyalı nazirin bu fikirlərinin yeni təklif olmadığını diqqətə çatdırıb: “O fikirlər, hər hansı konseptual təklif deyildi. Yəni, heç yeni təkliflər də deyildi”,- deyə S.Sarkisyan vurğulayıb.
Orxan Aslanlı //A24.az

