Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hərbçinin snayperlə vurulması xəbərinə – Rəsmi münasibət

05.03.2020 10:56

“Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib:

“Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır”.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.