Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hərbi attaşelər Gəncədə olublar

05.03.2020 10:56

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 13  dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqlarına baş çəkiblər. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya tamaşa ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Foto Qalereya: