Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hərbi ekspert erməni naziri SƏRT ŞƏKİLDƏ HƏDƏLƏDİ: “Onların yəqin “QASIRĞA”dan xəbəri yoxdur”

05.03.2020 10:56

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Rusiya mətbuatına müsahibəsində bildirib ki, “İsgəndər” elə bir silahdır ki, istənilən “isti” qərarı “soyutmağa” məcbur edir:

Об этом сообщает Роспрес

““İsgəndər”in tətbiqi haqqında qərar vəziyyətin inkişafıyla sıx bağlı olacaq. Əgər ehtiyac olacaqsa, biz ona zəmanətli zərbə silahı kimi baxırıq. Bu, ilk növbədə təmkinliliyin silahıdır”.

Erməni nazirin Azərbaycanı “İsgəndər” raketi ilə hədələməsi ilə yanaşı, rusiyanın hərbi eksperti Pavel Felqenqauer Azərbaycanla Ermənistan arasında aprel döyüşlərində olduğu kimi yenidən vəziyyətin gərginləşəcəyini, Qarabağda müharibənin alovlanacağını deyib.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın eləcə də rus hərbi eksperti Pavel Felqenqauerin açıqlamalarını A24.Az-a hərbi ekspert Üzeyir Cəfərov şərh edib.

Hərbi ekspertin sözlərinə görə, erməni rəsmilərinin belə sayıqlamaları artıq dəb halını alıb.

“Ona görə də onların “İsgəndər” silahı ilə bağlı səsləndirdiyi fikirlər boş və mənasız bir şeydir. Buna görə də Vigen Sarkisyana çox da əhəmiyyət vermək lazım deyil. Əvvəla, Vigen Sarkisyanın hərb sahəsindən anlayışı yoxdur. Necə ki, mənim kosmonavtika ilə bağlı bilgilərim var, onun da hərb anlayışı bu qədərdi. Nə olsun ki, prezident administrasiyasının rəhbəri olub? Hərbi biliyi yoxdur. O adam  “İsgəndər”lə bağlı fikirləri səsləndirməzdən əvvəl bir düşünsün ki, Ermənistandan Bakıya, eləcə də Azərbaycanın strateji obyektlərinə olan məsafə nə qədərdi və Naxçıvandan Ermənistanın paytaxtına qədər olan məsafə nə qədərdi.

Görün nə qədər dayaz düşüncəyə malik adamdır ki, bu adam deməli, 100 km-lərlə olan məsafəni hesablaya bilir, amma Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun strateji nöqtələrdən məsafənin çox rahatlıqla (42-i, səhv etmirəm 45 km) civarında olduğunu bilmir? Bundan başqa erməni nazir niyə bir vacib məqamı yaddan çıxarır ki, həm Ermənistan, həm də Azərbaycan müstəqillik əldə edənə qədər İrəvan Bakıya tabeçilik göstərirdi.  Yəni cənub istiqamətlərində olan qoşunları Bakıda yerləşirdi. Və mərkəzdən 5 hərbi dairə idarə olunurdu. Onlardan ən yaxşı silahları olan, yəni hərbi hava hücumuna aid bir çox texnika Bakıda yerləşirdi.

Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən yeni silahları almaqda davam edir. Hazırda Mingəçevir su stansiyası, Bakının özü, eləcə də digər strateji obyektlərin hamısı ən yüksək səviyyədə müdafiə olunur. Vigen Sarkisyana deyəsən bizimkilər “Qasırğa” kompleksinin şəklini çıxarıb göndərməlidilər, ya da onun köməkçiləri bu kompleksin şəklini ona göstərməlidilər ki, “Qasırğa” kompleksi və digər hələ nümayiş olunmayan silahlar Ermənistanda daşı daş üstündə qoymayacaq gücə malikdir.

“Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı da Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda “Qasırğa” kompleksini nümayiş etdirdilər. Yəqin video görüntüdən onlar belə bir kompleksin mövcudluğundan xəbərdar oldular. Bunlar nə qədər ağılsız adamdılar? Ay Vigen Sarkisyan, sən “İsgəndər”i Bakıya yönəldəndən sonra bilməyəcəksən ki, o silah hara getdi və harda məhv oldu. Sən artıq yer üzündən də silinəcəksən. Bunlar o qədər düşüncəsiz adamlardı ki, ancaq boşboğazlıqla məşğuldular. Onların bir məşhur generalı var – Arkadi Ter Tadevosyan. O  da bunlar kimi, hamısı bir ağıldadırlar. O da bir vaxtlar deyirdi ki, “Mingəçeviri vuracağıq, Bakını Xəzər dənizinə tökəcəyik”. Belə boşboğazlıq edirdi. Biz o qədər ağılsızıq ki, düşmənin məkrli niyyətdə olduğunu bilmirik? 24 saat ərzində Azərbaycanın Hərbi Hava Qüvvələri düşmənin bütün hərəkətlərinin daimi nəzarət altında saxlayır. Onun edə biləcəyi hərəkətlər, bir sözlə hər şey nəzarətimiz altındadır”.

“Ermənilər öz adları ilə rusları da bu məsələlərə qoşurlar. Həmin o hərbi ekspert Pavel Felqenqauer zaman-zaman fikirlər səsləndirir. Ermənilərin 3-4 istifadə etdiyi politoloq və ekspertlər var ki, onlar bəzi fikirlər səsləndirirlər. Onların ən “ağıllı”sı Markov idi. O da keçən il deyirdi ki, Azərbaycan qaçqınları gələn ilə öz torpaqlarına qayıdacaqlar. Onlar müəyyən fikirlər səsləndirə bilərlər. Ümumiyyətlə, biz onların səsləndirdiyi sərsəm açıqlamalara əhəmiyyət verməməliyik. Serj Sarkisyan, Vigen Sarkisyan və yeni vəzifəyə təyin etdikləri Baş Qərargah rəisi Movses Akopyan özləri də bilirlər ki, Azərbaycanın hərbi potensialı qat-qat onlardan güclüdür. Onlar öz aləmlərində fikirləşirlər ki, yer üzünü dağıda biləcək atom silahımı deyim, ya neytron bombasımı, bunlardadı? Vəziyyətləri ağır olan kimi daxili auditoriyaya hesablanmış boş-boş açıqlama verməklə məşğuldurlar.

Xatırladaq ki, Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında, 2012-2016-cı illərdə Azərbaycanın Ermənistandan 20 dəfə çox silah aldığı qeyd olunub. Hesabatda həmçinin göstərilib ki, Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb.

Orxan Aslanlı