Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hərbi xərclərə görə reytinq açıqlandı – Azərbaycanda ilk dəfə…

05.03.2020 10:56

Aprelin 24-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2016-cı ilin hərbi xərcləri üzrə hesabat yayıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, hesabatda illik hərbi xərclərə görə reytinqin ilk pilləsində ABŞ, Çin və Rusiya dayanıb.

Sənədə əsasən, 2016-cı ildə ABŞ hərbi xərclərini 1,7% artıraraq 611 milyard dollara çatdırıb. Çinin hərbi xərcləri 5,4% artaraq 215 milyard dollar olub. Ötən il Rusiyanın hərbi xərcləri 5,9% artırılaraq 69,2 milyard dollar  təşkil edib.

Qeyd olunur ki, ötən il Ermənistan və Azərbaycanın hərbi xərcləri 2011-ci ildən bəri ilk dəfə azalıb. Ermənistan hərbi sektora ayırmaları 5,5%, Azərbaycanın hərbi xərcləri 36% düşüb.

2016-cı ildə dünyada hərbi xərclərin ümumi məbləği əvvəlki illə müqayisədə 0,4% artaraq 1 trilyon 686 milyard dollar təşkil edib. Bu, dünya üzrə ümumi daxili məhsulun 2,2%-i deməkdir.

Azərbaycanın 2017-ci il büdcəsində müdafiə sahəsinə 2 milyard 642,9 milyon manat ayırmaq planlaşdırılıb.