Həsən Ruhani dağıntılarda Əhmədinejadı günahlandırdı: “Binaları keyfiyyətsiz tikdirib”
05.03.2020 10:56İran prezidenti Həsən Ruhani zəlzələ bölgəsinə ziyarəti zamanı dağıntılarda Mahmud Əhmədinejadı günahlandırıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Ruhani bölgəyə helikopterlə gəlib və dağıntıları izləyib.
Prezident üstüaçıq avtomobilin içindən xalqa səslənib.
O, sabiq prezident Mahmud Əhmədinejadı günahlandıraraq, sosial layihə olan “mehr ebləri”nin keyfiyyətsiz tikildiyini, bu səbəbdən də zəlzələdə dağıldığını bildirib.
Ruhaninin bu açıqlaması mübahisəyə səbəb olub. Əhmədinejad tərəfi isə bunu qəbul etməyib. Bildiriblər ki, sözügedən binalar onlardan qabaq tikilib.
Nərmin Kərim, A24.Az

