Həyat yoldaşı vəfat edən rejissor Nail hər kəsi kövrəltdi: “Əlimdə əlinin istisini hiss etmək istəyirəm”
05.03.2020 10:56Xəbər verdiyimiz kimi, dünən tanınmış rejissor Nail Naiboğlunun həyat yoldaşı dünyasını dəyişib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, rejissor “İnstagram” səhifəsində xanımına həsr etdiyi paylaşımla hər kəsi kövrəldib.
“Əlimdə əlinin istisini hiss etmək istəyirəm, məni yetim qoyanım…”, – deyə yazan N.Naiboğlu kədərini izləyicilərlə bölüşüb.
Qeyd edək ki, o, xanımının hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bildirib: “Heç bir problemi yox idi. Axşam qəflətən rəhmətə getdi. Nədən olduğunu bilmədik. Məni tək qoydu getdi”
Minirə Qubatova // A24.Az

