Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həyatımızda baş verənlər qismətimiz, yoxsa seçimimizdir?

05.03.2020 10:56

Dünən bitirdiyim kitabın son səhifələrində belə bir dialoq keçmişdi: “Həyatımın qismət,  yoxsa seçim olduğunu bilmədiyimi söylədim ona, o da qarşılığında, güman edirəm qismətin sənə seçim haqqını verməyib, dedi.”

Об этом сообщает Роспрес

Öncə nəsib, öncə qismət…

Həyat seçimdirmi, yoxsa doğrudan da qismətdən ibarətdir? Yoxsa həqiqətən də biz nə eləyiriksə eləyək, yalnız yazılanı yaşayırıq? Bəzən deyirlər, hər şeyi həyatın üzərinə atmaq əslində insan acizliyindən irəli gəlir. Həyat insanın öz seçimlərindən ibarətdir. Elə də çox olmayan həyat təcrübəm mənə göstərib ki, həyat, hansı addımı atmağından aslı olmayaraq nəticə etibarilə qismətin üzərində qurulub. Hara gedirsən get, necə eləyirsən elə, qismətində olanı əvvəl-axır yaşayırsan. Qismət ağılsız adamların qaçıb sığındığı cümlə də olur bəzən, ehtiyatsızlıqdan və ya qəsddən səhv hərəkətləri də qismət adlandıranlar az deyil. Bəli, onlar zaman-zaman biz oluruq. Həyatın məsuliyyətindən uzaq olmaq, səhvə sahiblənməməkdən ötrü qismət kəlməsinə müraciət etdiyimiz də az olmur. Qəbul etmək və o yanlışı düzəltmək böyüklük əlaməti həm də vaxtaparan çətin prosesdir. İçimizdən çox azı bu  mərtəbədə olan insanlardır. Dediyim məsələlər səbr, hövsələ ən əsası müdriklik tələb edir ki, hövsələsizliyimizdən çoxumuz yarı yolda imtina edirik. Ya da bəzilərimizdə ümumiyyətlə, o səhvi qəbul edib, düzəltmək qabiliyyəti olmur. Böyüklük yollarının haradan keçdiyini, nədən başladığını söyləyə bilmərəm, zənnimcə, heç bunun “məktəbi” də olmur. Bu, oxuyub-öyrənmək məsələsi də deyil. Böyüklük, qavramayla əlaqədardır, dərk etmə və nəticə çıxartmaq.

Hərdən qisməti çıxış yolu qalmadığından istifadə eləməyimizə baxmayaraq elə də sadə anlayış deyil. Onun ciddiliyi insan həyatını həll edə biləcək qədər böyükdür. Qədimdən yaşananların arxasında böyük qüvvə olduğunu vurğulayanların əsaslandırdıqları səbəblərə baxdığımız zaman onların yanılmadıqlarının şahidi oluruq. İnsan yaranır, yaşayır və həyatını təhvil verir. Yaşamaq və ölüm aralığında gedən ömür ərzində bir çox hadisələrin səbəbkarı, bir çox hadisələrin qurbanına çevrilir. Düşünülmüş həyat tərzi  deyə biləcəyimiz bu hadisələr əslində, eyni zamanda öncədən planlaşdırılmış, o insanlar üçün nəzərdə tutulan alın yazısıdır.

Qismət yalnızca xoş hadisələr üçün keçərlidir, yoxsa bütün həyat hadisələriylə əlaqəlidir? Yəni, tək pis nələrinsə baş verməsi qismət adlandırmağımız üçün kifayət eləyir və ya bütün həyatımızı qismət olduğunu qəbul etməliyik? Bəli, bu mübahisə nöqtəsi olduqca zərurət kəsb edir. İnsanlar, xoşagəlməzliklər zamanı qismət ifadəsinə müraciət eləyir, halbuki, hər həyat hadisəsi- istər xoş, istər xoş olmayan- alın yazısı, tale başqa sözlə qismətin nəticəsidir. Məişətdə, güzəran psixologiyasında, şifahi xalq ədəbiyyatında, elmin müxtəlif sahələrindən, psixologiya,fəlsəfədə də qismət öz təsdiqini tapmışdır. Təbii, həyatın hər sahəsində olduğu kimi burada da mübahisə nöqtələrinin, kəsişmələrin olması olduqca normaldır. Həyatı seçimlərdən ibarət görənlər, qismət anlayışına müraciət edənləri “qorxaq” adlandırması, cəsarətsizlik kimi görmələri təbiidir. Lakin nəyinsə əlehinə olmaq onun doğrudan da olmaması mənasına gəlmir. Zənnimcə, insan yaradılışın ən ali forması olmasına baxmayaraq onun ixtiyarında olmayan məsələlər çoxdur. İnsan həyatının yönünü təyin edə bilər, istəklərini bilər,özünü dərk edər, nəyi sevib nəyi sevmədiyinin fərqində olar, mübarizə aparar, amma sonda hara gəlib çıxmağa, nəyə sahib olmağa həyat qərar verər, həyat göstərər. Necə deyərlər, istəyərsən olar, çalışarsan olar, amma öncə nəsib, öncə qismət…

Aynur Ələsgərova