Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həyatınız hər tərəfdən izlənilir – Yaşadığınız ev belə risk altındadır

05.03.2020 10:56

“Bitdefender Antivirus”un 2017-ci ilin aprel ayında dərc etdiyi anketə görə, evlərdə ağıllı cihazların sayı son bir neçə ildə sürətlə artıb. Bəs bu cihazlar təxmin etdiyiniz qədər ağıllıdır, yoxsa şəxsi həyatınızı təhlükəyə atır?

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə KİV-indən əldə etdiyi məlumata görə, evlərimizdə ağıllı cihazların çoxlaması ilə birlikdə təhlükəsizlik tədbirlərinə sahib olmayan loT cihazların istifadəçi gizliliyini və məlumatlarını qoruya bilməməsi təhlükəsizlik araşdırmaçılarının narahatlığını daha da artırır.

ABŞ-da olan “ağıllı” cihaz istifadəçilərinin 58 faizi kimliklərinin oğurlana biləcəyindən narahat olduğu halda, 56 faizi isə bu şəxsi məlumatların əldə edilə bilməsinin olduqca asan olduğunu düşünür.

Cihazlarına virusların daxil ola biləcəyini bildirən istifadəçilər 55 faizdir.

Araşdırmaya görə, hər 10 “ağıllı” cihaz istifadəçisinin 7-də internetə bağlı olan ən azı bir kamera var.

İnternetlə əlaqəsi olan cihazlarla eyni şəbəkəni paylaşan kameralar bütün evi riskə atır…

İnternetlə əlaqəsi olan kameralar hücumçular tərəfindən təhlükəsiz və uzaqdan idarə edilə bilən kimi görünür. Ümumiyyətlə, evin içərisində internetlə əlaqəsi olan digər cihazlarla eyni şəbəkəni paylaşan kameralar hakerlər tərəfindən bu cihazlara əl atmaq üçün bir keçid kimi istifadə edilir və bütün ev risk altına atılır. Lakin istifadəçilər vasitəsilə casusluq etmək üçün kameraya sahib olan cihazların siyahısına “ağıllı” telefonlar, dizüstü kompüterlər və tabletlər daxildir.

“Ağıllı” TV istifadəçilərinin yarısı şifrələrini dəyişdirmir…

Bugünümüzdə sayları bir xeyli artan “ağıllı” televizorlarda eyni zamanda bir veb kamera da var. Və hər 10 “ağıllı” TV istifadəçisinin 6-sı bu cihazların təhlükəsizliyinə sahib deyil. Odur ki, aparılan araşdırmalara görə, “ağıllı” televizor istifadəçilərinin yarısı cihazlarındakı şifrələri əsla dəyişdirmir və yeni proqram yazdırmadıqları görünür.

Müxtəlif parollarla qorunan və heç bir zaman yenilənməyən “ağıllı” TV-lər və İP kameralar təhlükə mənbəyidir. Bu isə kiber hücumlar üçün hədəf halına gəlməkdədir.

O zaman istifadəçilər nə etməli?

Şəxsi həyatınızın gizli qalması üçün evinizdə veb kamerası olan cihazın qorunması və təhlükəsizliyi sizin üzərinizə düşür. Yəni əgər şəxsi məlumaylarınızı və hətta məhramiyyətlərinizi qorumaq istəyirsinizsə, ya kameranın görüntüləməsinin qarşısını ala, ya da kameranın üzərini skoçla bağlayaraq buna nail ola bilərsiniz. Bundan başqa, xüsusi olaraq veb kameralar üçün hazırlanmış kamera qapaqlarından da istifadə edə bilərsiniz.

Lakin təəssüflər olsun ki, onlar yenə də sizin danışıqlarınıza və şəxsi həyatınıza qulaq misafiri olmayacaqları mənasına gəlmir.

Firuzə Alimova / A24.az