Heydər Əliyev diri-diri yandırılan bu şahidin sözü ilə 39 ermənini həbs etdirdi – ARXİV SƏNƏDLƏRİ
05.03.2020 10:56Azərbaycan haqqında məlumat bazasının genişləndirilməsi və etibarlı mənbələrlə zənginləşdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MİK) sərbəst elektron qaynaqlarla iş departamentinin işçiləri tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam etdirilir.
Об этом сообщает Руспрес
“A24.Az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, vikipediya məlumatında bir əsr əvvəl ermənilər tərəfindən törədilən vəhşiliklərin canlı şahidi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Azərbaycan hərbçisi Cəlil Xudiyev haqqında məqalə yerləşdirilib.
Cəlil Xudiyev 1905-1918-ci illərdə baş verən erməni-müsəlman döyüşlərinin ən fəal iştirakçısı olub. Onun qardaşı Xuduyev Balva Muxtar oğlu 1905-ci ildə gecə ermənilər tərəfindən öldürülüb.
Cəlil Xudiyev 1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışıb, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olub.
1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə MTN-in (indiki DTX) sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olub. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlib və Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşüb.Daha sonra Heydər Əliyevin iştirakı ilə Xankəndində keçirilən müşavirədə Cəlil Xudiyev çıxış edərək cinayət işləyən şəxslərin adlarını açıqlayıb. Müşavirədən sonra 39 erməni həbs olunub. Cəlil Xudiyev isə 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılıb.
15 mart 2002-ci ildə Azərbaycan Respublikası Xocalı Region Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərdə təsdiq edilib.
Xatırladaq ki, MİK işçilərinin gördükləri iş sayəsində vikipediyada “20 Yanvar” və “Aprel döyüşləri”nin şəhidləri, Milli Qəhrəmanlara ayrılmış səhifələr yaradılıb və müxtəlif dillərə tərcümə edilib.
Aşağıda təqdim etdiyimiz linkə keçid edərək məqalə ilə yaxından tanış ola bilərsiniz:

