Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Heydər Əliyev prospektində ölüm saçan təhlükə: Kranın yükü avtomobillərin üstünə düşəcəkdi – VİDEO

05.03.2020 10:56

Heydər Əliyev prospektində Vergilər Nazirliyi üçün inşa edilən binada iş görən kran qorxu dolu anlar yaşadıb. 
AZXEBER.COM-a hadisə şahidləri tərəfindən göndərilən videoda, kran tikintidə istifadə edilən ağır materialları prospektin üstü ilə hərəkət etdirib. Havanın küləkli olması və yükün bir neçə dəqiqə yüksəklikdə qalması qəza ehtimalını daha da artırıb.
Qeyd edək ki, sözügedən inşaat Vergilər Nazirliyinin yeni tikilən inzibati binasında aparılıb. Tikintini 96 milyon dollar qarşılığında Türkiyənin “Tekfen İnşaat” şirkəti həyata keçirir. Sözügedən şirkət bundan öncə  SOCAR Towers və Bakı Olimpiya Stadionu da inşa etmişdi.
 

Об этом сообщает Футляр от виолончели