Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hidrogenlə işləyən qatar istehsal olunacaq – VİDEO

05.03.2020 10:56

Fransanın Alstom şirkəti, 2021-ci ilədək tam şəkildə hidrogenlə işləyən qatarları istehsal etməyə planlaşdırır.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu haqda “Franceblog” məlumat yayıb.

Bildirilir ki, 14 ədəd yeni qatar Almaniyada istifadə olunacaq. Maksimum 140 km/saat sürəti ilə gedən qatarlar 300 nəfər sərnişini 800km məsafəyə, əlavə yanacaq doldurmadan, nəql edə biləcəklər.

Qatarlar artıq dərəcədə səssiz gedəcək və ətraf mühitə tullantı olaraq yalnız təmiz suyu buraxacaqlar.

Qeyd edək ki, 2014-cü ildə Beynəlxalq “Alstom” şirkəti Azərbaycan Dəmir Yolları üçün 50 ədəd KZ8A yük elektrovozları göndərilməsi ilə bağlı müqavilə imzalayıb. Bu elektrovozlar 2016-2018-ci illərdə “Alstom” şirkətinin iştirakı ilə İEKZ müştərək müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Müqavilənin ümumi həcmi təxminin 300 milyon avro, o cümlədən “Alstom” şirkətinin kontrakt üzrə payı təxminən 150 milyon avro olacaqdır.

Orxan Aslanlı