Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hillari Klinton özünü “Game of Thrones” qəhrəmanına bənzətdi

05.03.2020 10:56

ABŞ-ın 2016-cı ildə keçirilən prezident seçkilərində təmsil edən Demokratlar Partiyasından namizəd və sabiq xarici işlər naziri Hillari Klinton seçimlərdə niyə qalib gəlmədiyini yeni yazdığı kitabında izah edib. Hillari Klinton yeni kitabında özünü “Game of Thrones” serialının məşhur qəhrəmanı Cersei Lannister ilə müqayisə edib.

Об этом сообщает Роспрес

Saytımızın “Sputnik”dən əldə etdiyi məlumata görə, yeni kitabında Klinton “Game of Thrones” serialında radikal dindarlar tərəfindən cəzalandırılan və utanc yürüşü edən Lannister ilə özünü müqayisə edib.

Klinton “What Happened” (Nə oldu?) adlı kitabında “Trampın mitinqlərində iştirak edən kütlə saya bilmədiyim qədər çox idi və mənim həbsə atılmam üçün çağırış edirdilər” ifadələrini işlədib.

Daha sonra Klinton kitabında bunları yazıb:

“Game of Thrones”da “Red Keep”ə doğru gedən Cersei Lannisterə “Utanc! Utanc!” deyə qışqıran kuklalar kimi onlar da “Günahkar! Günahkar!” deyə qışqırdı”.

Cinsiyyətinin seçkilərdə oynadığı rolu müzakirə edən Demokratlar Partiyasından namizəd Hillari ABŞ prezidenti Donald Trampın bəzi dəstəkçilərinin ona olan münasibətini orta əsrlərdə qadınlara olan münasibətlə eyni tutub.

Klinton “Siyasət qadın üçün asan deyil, lakin mənə qarşı yönələn ağır müzakirələr tamam başqa bir istiqamətə doğru getdi desəm yanılmaram” fikrilərini səsləndirib.

Trampı dəstəkləyənlərin ona olan nifrətini heyranlıq və qorxu içərisində qarşılayan Klinton “xarici işlər naziri olduğum zaman Amerikanın ən təqdirəlayiq dövlət məmuru idim, birdən-birə necə şeytana çevrildiyimə özüm də mat qalmışam” deyə qeyd edib.