Hindistan Pakistanı vurdu – 2 milyardlıq müharibə
05.03.2020 10:56Hindistan Kəşmirdə Pakistanın idarə etdiyi bölgəyə qısa lüləli top atıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kəşmirdə Pakistanın idarə etdiyi bölgəyə Hindistanın qısalüləli top atması nəticəsində 6 vətəndaş həlak olub. Pakistan ordusu təmsilçisinin verdiyi açıqlamada sərhəddəki Çappar, Harpal və Çarva bölgələrinə olan hücum nəticəsində 6 nəfərin öldüyü 26 nəfərin yaralandığı bildirilib. Yaralananlardan 15-i qadın, 5-i uşaqdır. Açıqlamada həmçinin Pakistan müdafiə qüvvələrinin hucuma qarşılıq verdiyi də bildirilib.
Qeyd edək ki, 1947-ci ildə Pakistanla Hindistan İngiltərədən müstəqillik aldıqdan sonra Kəşmir Hindistanla Pakistan arasındaki mübahisəli bölgədir, hər iki dövlətin Kəşmirə iddiası var. Kəşmirin əhalisinin böyük əksəriyyəti müsəlmandır və onlar arasındaki mübarizə qrupları 1989- cu ildən bu günə qədər müstəqillik və ya Pakistanla birləşmək üçün mübarizə aparırlar.
Vəsilə İbrahim

