Hindistan və Banqladeş sərhədləri yenidən çəkiləcək
05.03.2020 10:56Hindistan parlamenti Hindistan və Banqladeş arasındakı sərhədin yenidən çəkilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiqləyib.
Об этом сообщает Роспрес
Saytımız saytı “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi sosial mediada açıqlama verib. Baş nazir, “Parlament konstitusiya dəyişikliyini təsdiq edərək Hindistan-Banqladeş əlaqələri baxımından tarixi bir hadisəyə imza atdı”, – deyə bildirib.
Modi konstitusiya dəyişikliyinin keçmişdən bəri davam edən iki ölkə arasında sərhəd problemini həll edəcəyini deyib. Modi vurğulayıb ki, bu dəyişikliklə sərhədə daha yaxşı nəzarət olunacaq və sərhəd təhlükəsizliyi gücləndiriləcək.
Cənubi Asiyanın iki qonşu ölkəsi arasında ən əsas problemlərdən biri sərhəd anlaşılmazlığıdır. Problemin əsas səbəbi isə 4 min kilometrlik sərhəddə yerləşən və iki ölkə arasında iç-içə keçən mübahisəli 162 yaşayış massividir.
Qeyd edək ki, ölkələrarası anlaşılmazlıq bu bölgələrdə yaşayanların təməl sosial xidmətlərdən məhrum olmasına səbəb olur.

