Hindistanda ilk: Qarşılıqlı cinsiyyət dəyişdirib evlənəcəklər – VİDEO
05.03.2020 10:56Hindistanın Mumbay şəhərində qadın cinsiyyət orqanı ilə dünyaya gələn Aarav Appukuttan ilə, kişi cinsiyyət orqanı ilə dünyaya gələn Sukanyeah Krişnan klinikada tanış olub, evlənmək qərarına gəliblər.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, onlar qarşılıqlı cinsiyyətlərini dəyişdirdikdən sonra evlənəcəklər.
Cütlük cinsiyyət dəyişdirmək üçün müraciət etdiyi klinikada, 3 saatlıq gözləmə müddətində bir-birilərinə aşiq olub. Onlar bir-birilərini tanıma hətta əməliyyatdan sonra da görüşmə qərarı alıblar. 46 yaşlı Appukuttan ilə 22 yaşlı Krişnan gələn ay evlənəcəklər.
Qeyd edək ki, Appukuttan və Krişnan cütlüyü Hindistanda qarşılıqlı cinsiyyət dəyişdirərək evlənən ilk cütlükdür.

