Hindistanda qatar relsdən çıxdı: 32 nəfər ölüb, 50 yaralı var
05.03.2020 10:57Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb.
Об этом сообщает Руспрес
Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.
Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.
Dəmir yolunda hərəkət dayandırılıb.
Qəzanın səbəbləri araşdırılır.

