Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hitlerdən qalan son nişanə də sökülür

05.03.2020 10:57

Hitler zənginin aqibəti bəlli olacaq.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Almaniyanın Pfalz əyalətində yerləşən 700 nəfər əhalisi olan Herxheimdəki kilsədə olan “Hitler zəngi”nin aqibəti bəlli olacaq. Üzərində “Hər şey vətən üçün. Adolf Hitler” yazısı və nasist xaçı işarəsi olan zəngin sökülməsi tələb edilir. Tələbi edən əvvəllər kilsə xorunda işləyən təqaüdçü müəllimdir. Səbəb kimi zəngin nasist təbliğat vasitəsi olduğu göstərilir. Əhalinin bir hissəsi zəngin sökülməsini istəsə də, bir hissə zəngin tarixi əsər olduğunu əsas gətirərək sökülməməsini tələb edir.

St.Jakob kilsəsindəki zəng 1934-cü ildən bəri istifadə edilir. 82 ildir hər 15 dəqiqədən bir cənazə, toy, vəftiz mərasimlərində çalınan zəngin mübahisə məsələsinə çevrilməsinə bölgənin bələdiyyə başçısı da anlam verə bilməyib və ” belə bir böyük mübahisənin olacağı ağlıma gəlməzdi” deyib. Zəngin aqibəti mütəxəssislərin hazırlayacağı sənəddən sonra bəlli olacaq.

Vəsilə İbrahim