Hizbullah Suriya sərhədindəki qoşunlarını geri çəkdi
05.03.2020 10:57Hizbullah hərəkatının lideri Həsən Nasrullah Livanın Suriya sərhədinə göndərdiyi qoşunlarını geri çəkəcəyini açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, El-Manar televiziyasına danışan Nəsrullah “Livanın şərq sərhədlərində olmağımıza artıq ehtiyac yoxdur, çünki onlar təhlükəsiz şəraitdədirlər. Sərhəddəki bütün bazamızı bağlayırıq”-deyə qeyd edib.
Nəsrullah Hizbullahın Suriyanın sərhədboyu kəndlərdə qalmasının xalqa kömək etmək vəzifəsinə zidd olmadığını da sözlərinə əlavə edib.

