Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hollandiya aşiqləri diqqət : Sevimli ölkənizi gözünüzdən salacaq faktlar – ANTİREKLAM

05.03.2020 10:57

“Azadlıq” və “Zambaqlar” ölkəsi Hollandiya… Bu ölkənin adı gələndə düşünürük ki, insanlar azadlıqdan qanadlanıb uçurlar. Lakin günah bizdə deyil. Belə düşünməyimizə əsas var. Hollandlar özlərini azad, xoşbəxt və gözəl ölkənin vətəndaşları kimi təqdim ediblər. Həqiqətə gəlincə…

Об этом сообщает Футляр от виолончели

Layihəni daha öncə izləyənlər həqiqətlərin danışmasına necə önəm verdiyimizi bilirlər…
Odur ki, A24.Az Hollandiya aşiqlərinə səslənir. İddia edirik ki, bu həqiqətlər sevimli ölkənizi gözünüzdən salacaq.

Paytaxt Amsterdam…Rəngarəng çiçəklər, velosipedlə işə gedərkən əl-ələ tutan sevgililər diqqətinizi çəkir düzdür? Eyvanlarından çiçəklər asılan rəngarəng evlər, şəhəri əhatə edən kanallar sizi Amsterdamda yaşamağa səsləyir, elədir? Xəyal dünyasından ayılma vaxtıdır. Çünki bunların hamısı fotoşopdur. Həqiqətdə Amsterdam saniyənizi sərf etmək istəməyəcəyiniz qədər maraqsız şəhərdir.

Sözdə qüsursuz təbiəti, rəngarəng evləri, kanallar, çaylar, tarixi və modern memarlıq nümunələri ilə sizə “Gəl-gəl” deyən şəhər Qroningen… Bir ölkədə nə qədər kanal görmək olar axı? İnanın, bu çox bezdiricidir. Guya Noorderplantsoen parkı şəhərin təbiətlə bir bütün olub. Bəzəkli cümlələrə aldanmayın. Parkda vaxtınız keçsin deyə, saatlarınızı sayacaqsınız. Həmin vaxtı Bakıda,  Nəbatət bağında dincəlməyə sərf edin.

Kanallarıyla əsəblərimizi tarıma çəkəcək daha bir “turistik” yer Githorn…Hər il milyonlarla turistin  aldadılaraq cəlb edildiyi kənd…Amsterdam və ya digər şəhərlər kimi yolları olsa dərd yarı. Bu bədbəxt kənddə yol belə yoxdur. Düşünün bir yerdən başqa bir yerə getmək üçün saatlarla qayıq avarı çəkirsiniz. Əzələ yığmağınıza nə ehtiyac var axı? Buna dözmək məcburiyyətində deyilsiniz.

İkinci dünya müharibəsində təxribata uğramış Rotterdam…Göstərəcək bir neçə kubik evi, yel dəyirmanları və bir- iki memarlıq nümunələri var. Özünüz təsəvvür edin, kubik evlər 45 dərəcəlik bucaq altında tikilib. Şəkilləri belə baxarkən adamın üstünə gəlir. Ətrafında gəzərkən dağıntıları altında qalmayacağınıza kim zəmanət verir? Piet Blom? O ki, çoxdan haqqın rəhmətinə qovuşub.

Hollandiyanın növbəti cansıxıcı yeri  Volendam qəsəbəsi …Hollandlar Volendamı “nağıllar diyarı” adlandırmaqla tarxin ən böyük yalanını həm özlərinə həm də bütün bəşəriyyətə danışıblar. Bütün qəsəbə  ucu-bucağı görünməyən fermalardan ibarətdir. Artıq şəhərin ab-havasını özünüz təsəvvür edin.

Hollandiyanın simvolu taxta ayaqqabıların hazırlandığı Marken yarımadası…Yarımadada köhnə Pendir fabrikindən başqa nümunə çəkə biləcək bir yer  tapmadığımızdan, qüsurumuza baxmayın. Tək məsləhət, pullarınızı bu cür boş yerlərə sərf etməyin, heyifdir.

Nərmin Kərim