Hollandiyada yaşlı cütlük bir yerdə ölməyə qərar verərək, həyatlarına son qoydu
05.03.2020 10:57Hollandiyada yaşlı cütlük evtanaziya yolu ilə eyni vaxtda həyatlarına son qoyub.
Об этом сообщает Руспрес
A24.Az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Didan şəhərinin sakinləri – 91 yaşlı Nik və Tris Elderxorst qohum və yaxınlarının ətrafında həyatları ilə vidalaşıb.
Onların övladlarından biri bildirib ki, ölməmişdən əvvəl onlar əl-ələ verib bir-birini öpüblər.
Yaşlı cütlük 65 il ailə həyatı sürüb. Son illər hər ikisinin səhhətində ciddi problemlər yaranıb. Nik keçirdiyi insultdan sonra çətinliklə hərəkət edib. Tris yaddaşını itirməkdən əziyyət çəkib. O, Nikin ölümündən sonra qocalar evinə düşməkdən qorxub və əri ilə birlikdə ölmək istədiyini söyləyib.

