Hollivud ulduzları belə kəşf edildi: xadiməçi, bufetçi, avara, dülgər, müştəri, tamaşaçı
05.03.2020 10:57Şou dünyası çox qəddardır. Hər il minlərlə gəncin məşhur olmaq üçün çıxmadığı hoqqalar qalmır. Kimisi diqqət cəlb etməyi bacarır, kimisi də bu yolun onluq olmadığını anlayıb başqa qapıya üz tutur.
Об этом сообщает Роспрес
Dünyanın ən məşhur ulduzu olmaq üçün isə bəziləri anadan şanslı doğulur. Özlərindən asılı olmayan səbəblərdən bəxtləri gətirir, məşhurluq nərdivanını sürətlə dırmanmağa başlayırlar. Onların arasında xadiməçi, dülgər, avara, bufetçi işləyənlər də olub.
A24.Az oxuculara məşhurların istedadlarının kəşf edilmə yerlərini təqdim edir:
- Cennifer Lourens Nyu-Yorkda istirahət edirmiş
Əslən Kentukili olan Cennifer Lourens 12 yaşında olarkən istirahət üçün Nyu-Yorka gedib. Gənc qız manikenlərlə işləyən agentlik işçisinin diqqətini çəkib. Lourens gənc model kimi işə götürülüb. 2006-ci ildə “Monk” filmində ilk dəfə rol oynayıb.
- Çarliz Tseron bank işçisinin üstünə qışqırırmış
Çarliz Tseron Cənubi Afrikadan Hollivuda gedəndə 18 yaşı olub. Nəğd pula ehtiyacı olduğu üçün banka gedib, bankdan isə ona nəğd pul vermək istəməyiblər. Bundan sonra əsəblərinə hakim ola bilməyən Tseron bank işçisinin üstünə qışqırmağa başlayıb. Məşhur ulduz ilk dəfə orada kəşf edilib.
- Conni Depp dostunu gözləyirmiş
C.Deppin yaxın dostu olan Caki İrrel Haley “Elm Küçəsində Kabus” filmi üçün seçimlərdə iştirak etməyə gedəndə Conninidə özülə aparıb. Depp dostunu çöldə gözləyərkən münsiflərin diqqətini cəlb edib. Ondan seçimlərə qatılıb-qatılmayacağı soruşulub. Depp bu hadisədən sonra ilk rolunu oynayıb.
- Natali Portman pizza yeyirmiş
Natali Portman Revlon agentliyi tərəfindən kəşf ediləndə 11 yaşı olub və pizza yeyirmiş. Portman model olmaq istəmədiyini, amma aktyorluğu bacara biləcəyini deyib. Öz üzərində işlədikdən sonra 1993-ci ildə Mathilda Lando (Leon) xarakteri üçün seçmələrdə iştirak edib və rolu qazanıb.
- Mel Gibson yoldaşını seçmələrə aparırmış
Mel Gibson avtomobillə yoldaşını seçimlərdə iştirak etməyə aparıb. Gibson bir gecə əvvəl barda davada olub və üzü zərbələrdən göyərib. Gibsonı görən məşhur rejissor Corc Miller onun Mad Maks rolu üçün uyğun olduğunu düşünüb və işə götürüb.
- Harrison Ford dülgər imiş
Harrison Ford aktyor olmaq üçün Hollivuda gedib, amma bəxti gətirməyib. O da dolanışığını təmin etmək və ailəsinə dəstək olmaq üçün dülgərliyə başlayıb. Sonra Corc Lukasın “American Graffiti” filmində rol alıb, amma məşhur bir aktyor olmaq üçün uzun yol qət edib.
Corc Lukas “Ulduzların müharibəsi” (Star Wars) üçün hazırlıqlara başlayan zaman Ford dülgərlik edirmiş və Lukas Fordu görəndə dərhal tanıyıb. Han Solo xarakteri üçün seçimlərə qoşulmasını istəyib və Ford rol ala bilib.
- Eşton Kuçer barda veyillənirmiş
1996-ci ildə Lova Universitetində mühəndislik fakültəsini oxuyan Eşton Kuçer barda olarkən agentlik həmkarının diqqətini çəkib. Agentlik əməkdaşı Eştonu “Yeni üzlər” model müsabiqəsində iştirak etməyə razı salıb. Eşton müsabiqədə birinci olub. Təhsilini yarımçıq qoyaraq Nyu-Yorkda modellik etməyə başlayıb.
- Piter Meyhyu iri ayaqlarına görə qəzetlərə çıxıb
Piter Meyhyu xəstəxanada xadimə kimi işləyərkən uzun boyu və böyük ayaqlarına görə qəzetlərdə çap edilib. Bu xəbəri görən prodüser Çarlz H. Skineer isə Meyhyu ilə “Sinbad” və “Eye of the Tiger” filmləri üçün onunla görüşmək istəyib. Meyhyu sadəcə uzun boylu olduğu üçün rolu dəvət edilib. Daha sonra da “6 Star Wars” filmində iştirak üçün təklif alıb.
- Pamela Anderson stadionda oyuna baxırmış
Pamela Anderson 1989-ci ilin yayında yoldaşları ilə Kanadada keçirilən futbola üzərində pivə markası “Labatt” yazılan köynək geyinib. Pamela matç əsnasında bir anda ekranda görünəndə azarkeşlərin hamısı onun şərəfinə badə qaldırıb. Bu hadisədən sonra “Labatt” firması ilə reklam müqaviləsi imzalayıb və zamanla Hollivudun qapılarını üzünə açıb.
- Ellen Pompeo bufetçi işləyirmiş
Ellen Pompeo 1990-cı illərdə bufetçi işləyib. Kast agentliyində işləyənlərdən biri onu “LOREAL” firmasının reklamlarında oynamaq üçün işə dəvət edib. Məşhur aktyor qısa müddət sonra da “Law & Order” və “Friends” filmlərində iştirak haqqı qazanıb.
Vüsalə Əlövsətqızı

