İlk 20 dəqiqə: “Çelsi”büdrədi, UEFA anladı, hakim də gördü, “Qarabağ” rəqibi rəzil edəcək
05.03.2020 10:57“Qarabağ”a yalnız 20 dəqiqəyə əsasən qiymət verilməlidir. Tək kəlməylə möhtəşəm! Topa sahib idik, tempə nəzarət edirik”
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu fikirləri idman jurnalisti, Xəzər Tv-nin aparıcısı Ceyhun Rzayev yazıb.
O oyunu belə şərh edib:
“Çelsi”nin 2-ci zonada pressinq cəhdləri fayda vermir, Konte kenardan futbolçularına əsəbi tonda təlimat verir, Miçelin tirdən dönən zərbəsi. Əlbətdə, futbolda nəticəni əvvelcədən dəmək olmur, matçın axarına tərs mütənasib də hesab qeydə alınır. Amma 20 dəqiqə göstərdi ki, “Qarabağ” “Çelsi”yə uduzmayacaq, qələbə üçün də kifayət qədər şansı var. Bunu hamı gördü – biz də, ingilislər də, hakimlər də. Rəşad futbolçunu tutmuşdu, elə Qara da. Futbol qaydalarına görə tutmaq qadağandı. Hakimlikdə “şablon idarəçilik” anlayışı var. Manuel_De Souza məhz bu yolla “Qarabağ”ı “dəfn etdi”, diri-diri torpağa basdırdı. Hamımız hər həftə Avropada müxtəlif çempionatlara baxırıq. Harada belə asan penaltilər verilir? Futbol siyasətə çoxdan qarışıb. Qrupda futbol meyarlarına görə, 3 nəhəng və 1 cırtdan komanda var. Portuqal hakim sensasiyaya imkan vermədi, cırtdana yerini gösterdi”.

