69 qadını qətlə yetirən sabiq polisdən ŞOK ETİRAF: “Yalnız ……..i öldürürdüm”
05.03.2020 10:5722 qadın öldürdüyünə görə həbs edilən qatil inanılmaz etiraflar edib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, İrkutskda həbs edilərək ömürlük cəza alan sabiq polis Mixail Popkov daha 47 qadını qətlə yetirdiyini deyib. Onun bu etirafından sonra istintaq əməkdaşları sözügedən mərhumların məzarlarını açmalı, meyitlərin ekskumasiyasını, məhkəmə-tibbi və digər ekspertlərini təyin etməli olublar.
Bütün qətlləri etiraf edən Popkovun sözlərinə görə, o, yalnız əxlaqsız həyat tərzi sürən qadınları öldürüb.
İstintaqın məlumatına görə, Anqarskda yaşayan sabiq polisin ilk qətl hadisəsi elə həmin ərazidə, 1994-cü ildə olub. O, digər hadisələri də elə Anqarsk bölgəsində törədib.

