Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Benzinin qiyməti qalxdı – NƏ BAŞ VERƏCƏK? NATİQ CƏFƏRLİ AÇIQLAYIR

05.03.2020 10:57

“Onsuzda “AI-95” Premium markalı benzin Azərbaycana xaricdən gətirilirdi və qiyməti dövlət tərəfindən tənzimlənmirdi. Onun qiyməti dünya bazarındakı benzinin qiymətindən və rəqabətli mühitdən asılı olmalı idi. Azərbaycanda isə bu rəqabət olmadı. Ölkəyə “AI-95” Premiumu yalnız bir şirkət- SOCAR Petrolium gətirir və qiymət də həmin şirkət tərəfindən müəyyənləşdirilir”.

Об этом сообщает Футляр от виолончели

Bu fikirləri A24.Az-a Azərbaycana xaricdən idxal olunan “AI-95” Premium markalı benzində baş verən qiymət artımını şərh edən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, qiymət artımını məhz buna dövlət tərəfindən baş verən artım kimi qiymətləndirmək olmaz:

“Hazırda ölkədə 10-15% avtomobillər bu benzindən istifadə edir. Bunlar da, əsasən yeni növ- 2014, 2015, 2016-cı il istehsallı nəqliyyat vasitələridir. Onların istehlakında “Avro 3″ standartı olmalıdır. Buna görə də, bu artım yeni növ avtomobillərin sahiblərinə ciddi təsir göstərəcək. Yükdaşınma və ticarət dövriyyəsində bu yanacaqdan istifadə olunmadığı üçün qiymət artımına birbaşa təsir göstərməyəcək. Amma bu artım ciddi psixoloji bir əsas yaratdı ki, bundan sonra vətəndaşlar qiyməti dövlət tərəfindən tənzimlənən digər yanacaqların- Aİ-92 markalı və dizel markalı yanacağın da qiymətinin arta biləcəyini düşünəcəklər. Əgər son sadaladığım yanacaq növlərinin qiyməti qalxsa, bu zaman ölkədə çox ciddi qiymət artımına gətirib çıxaraq. Təbii ki, bunun başında kənd təsərrüfatı məhsulları gələcək. Çünki yük daşımalarında və kənd təsərrüfatında dizel yanacağının maya dəyəri təxminən 30%-dir”.

İqtisadçı bildirdi ki, son qiymət artımına dünya bazarındakı neftin qiyməti də ciddi təsir göstərib.

“Əgər neftin qiyməti 55-56 dollara qalxıbsa və bu benzin də xaricdən alınırsa, deməli maya dəyərində dəyişiklik var. Bu yanacaq ölkəmizə ən çox Rumıniyadan gətirilir. Digər bir amil isə manatın dəyərdən düşməsidir. Milli valyutanın dəyərdən düşməsi həmin yanacağı ölkəyə gətirən şirkətin gəlirlərinə mənfi təsir göstərdi. Əgər manat sürətlə dəyər itirməyə davam edəcəksə,  “AI-95” Premiumun qiyməti də daha sürətlə artmağa davam edəcək. Bu il ərzində Premiumun qiymətində bir neçə dəfə artım baş verə bilər”.

Natiq Cəfərli “bu yanacaq növü Azərbaycanda istehsal edilə bilərmi?” sualını isə belə cavablandırdı:

“Təbii ki, mümkündür. Lakin hökümət bu barədə gec düşündü və qərar verdi. Neftdən alınan məhsulları dünya bazarına çıxarmaq daha sərfəlidir. Təqribən 2005-2006-cı illərdə- böyük neft pulları dövründə hökümət ciddi qərar verməli və əldə olan neftayırma zavodlarının modernləşdirilməsinə getməli, yaxud yeni zavodlar tikilməli idi. Bununla da, istehlakçı yerli neftdən hazırlanan məhsullardan- maşın yağlarından və benzin növlərindən istifadə edərdi. Nəticədə də, ölkədən valyuta çıxışını xeyli dərəcədə azaltmış olardıq. Həm də, neft məhsullarının ixracı xam neft ixracatında təxminən 4-5 dəfə artıq gəlir gətirir. Azərbaycan bunu vaxtında etmədi. Hazırda isə bunun üçün sərbəst maliyyə vəsaiti yoxdur. Ancaq bununla bağlı plan var idi. Təəssüf ki, 2020-ci ilə qədər belə zavodların tikilməsi gözlənilmir”.

Qeyd edək ki, “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

İlkin Mustafayev