Müəllimlərin prezidentə etdiyi şikayətlə medianın dilinə düşən NAZİRLİK – ANALİZ
05.03.2020 11:31Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirliklərlə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 52831 xəbər yerləşdirilib. Bunlardan 51156-sı neytral, 197-si mənfi, 1478-i isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: Nəqliyyat Nazirliyi (90 xəbər – Nəqliyyat nazirliyi ləğv olundu), Maliyyə Nazirliyi (51 xəbər – Maliyyə nazirindən şikayət), Təhsil Nazirliyi (22 xəbər – müəllimlər Təhsil Nazirliyindən dövlət başçısına şikayət edib).
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (1002 xəbər – qanunsuzluqlar aşkar edilib), Fövqəladə Hallar Nazirliyi (143 xəbər – Xırdalanda yaşayış binasında yanğın zamanı 17 nəfər təxliyə olunub), Səhiyyə Nazirliyi (112 xəbər – baş həkimin qanunsuz əməlləri ifşa edilib).
Xəbər sayına görə sıralama:
| 1 | Müdafiə Nazirliyi | 9482 xəbər |
| 2 | Daxili İşlər Nazirliyi | 6750 xəbər |
| 3 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 5456 xəbər |
| 4 | Ədliyyə Nazirliyi | 3697 xəbər |
| 5 | Təhsil Nazirliyi | 3265 xəbər |
| 6 | Fövqəladə Hallar Nazirliyi | 3082 xəbər |
| 7 | Xarici İşlər Nazirliyi | 2635 xəbər |
| 8 | İqtisadiyyat Nazirliyi | 2550 xəbər |
| 9 | Mədəniyyət və Turizm Nazirliyi | 2410 xəbər |
| 10 | Səhiyyə Nazirliyi | 2327 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5270 xəbər dərc edilib. Bunlardan 4686-sı neytral, 5-i mənfi, 59-u isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: Maliyyə Nazirliyi (4 xəbər – Maliyyə nazirliyindən müəllimlərə qarşı hörmətsizlik – sensasion fakt), Mədəniyyət və Turizm Nazirliyi (1 xəbər – Əbülfəs Qarayev mənfilər arasında lider oldu)
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (53 xəbər – qanunsuzluqlar aşkar edilib), Səhiyyə Nazirliyi (6 xəbər – baş həkim rüşvət üstə tutuldu).
Xəbər sayına görə sıralama:
| 1 | Daxili İşlər Nazirliy | 691 xəbər |
| 2 | Müdafiə Nazirliyi | 551 xəbər |
| 3 | Mədəniyyət və Turizm Nazirliyi | 521 xəbər |
| 4 | Təhsil Nazirliyi | 446 xəbər |
| 5 | Ədliyyə Nazirliyi | 432 xəbər |
| 6 | Xarici İşlər Nazirliyi | 392 xəbər |
| 7 | İqtisadiyyat Nazirliyi | 376 xəbər |
| 8 | Xarici İşlər Nazirliyi | 293 xəbər |
| 9 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 251 xəbər |
| 10 | Milli Təhlükəsizlik Nazirliyi | 201 xəbər |
Fevral ayında televiziya kanallarında nazirliklər haqqında 1528 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Gənclər və İdman Nazirliyi | 213 xəbər |
| 2 | Mədəniyyət və Turizm Nazirliyi | 190 xəbər |
| 3 | Xarici İşlər Nazirliyi | 163 xəbər |
| 4 | Müdafiə Nazirliyi | 145 xəbər |
| 5 | Kənd Təsərrüfatı Nazirliyi | 127 xəbər |
| 6 | Təhsil Nazirliyi | 124 xəbər |
| 7 | İqtisadiyyat Nazirliyi | 84 xəbər |
| 8 | Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 74 xəbər |
| 9 | Vergilər Nazirliyi | 70 xəbər |
| 10 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 58 xəbər |

