Asim Mollazadə: “ABŞ-la Azərbaycan arasında fikir ayrılığı var” – MÜSAHİBƏ
04.03.2020 11:28“Bir sıra məsələlərdə Azərbaycanın ABŞ-la fikir ayrılığı var”, -bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin ABŞ- Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Asim Mollazadə müsahibəsində bildirib. Millət vəkili vurğulayıb ki, iki ölkə arasında münasibətlərə erməni diasporası da kölgə salamaq üçün cəhdlər edir.
Об этом сообщает Роспрес
– Asim müəllim, ABŞ-Azərbaycan əlaqələrinin hazırki durumu ilə bağlı fikirlərinizi bilmək istərdik…
– Azərbaycan ABŞ-la bir neçə sahədə sıx əməkdaşlıq edir. İlk növbbədə təhlükəsizlik, terrorla mübarizədə əməkdaşlıq gözəçarpan dərəcədə gedir. Sözügedən sahədə Azərbaycan etibarlı tərəfdaşı olaraq Əfqənıstanda, İraqda və bir sıra beynəlxalq əməliyyatlarda ABŞ-a ciddi dəstək verib. İlk növbbədə enerji sahəsində də əməkdaşlığımızın çox müsbət nəticələri olub. Söhbət Xəzərin enerji ehtiyatlarını dünya bazarına çıxartmaqdan gedir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu da təbii ki, ABŞ-ın dəstəyi ilə baş tutur.
– Son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində bir qədər gərginlik müşahidə olunur. Sizə də belə gəlir?
– Əslində, mən bunu belə deməzdim. Sadəcə olaraq bir sıra məsələlərdə Azərbaycanın ABŞ-la fikir ayrılığı var. İlk növbbədə, səbəb kimi ABŞ siyasətinə öz mənfi təsirini göstərən erməni lobbisinin fəaliyyətini qiymətləndirmək istərdim. Onlar Azərbaycan-ABŞ münasibətlərini pozmaq üçün əllərindən gələni edirlər.
Bununla yanaşı, ölkəmizin inkişafına qısqanclıqla yanaşan qüvvələr də ölkələrimiz arasında münasibətlərə kölgə salamaq istəyirlər. Bu cəhdələr də davam edir.
Bir şey daha da kəskinləşib ki, 2015-ci il aprelin 24-də uydurma “erməni soyqırımının 100-cü ildönümü” ilə əlaqədar bu məsələsini gündəmə gətirərək hədəf kimi Azərbaycan və Türkiyəni seçiblər. Bu lobbinin fəaliyyəti də istər-istəməz ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə müəyyən kölgə salır.
- Yeri gəlmişkən, bəs niyə indiyənədək Azərbaycan və Türkiyə diasporası erməni diasporası qədər güclənə bilmir?
– Bir şeyi xatırlatmaq istərdim ki, ABŞ-da fəaliyyət göstərən zəngin erməni diasporası öz dövlətindən yüz qat güclüdür.Təəssüf ki, Türkiyə dövlətinin gücü hesabına yaşayan bu diaspora ABŞ-ın bir sıra statlarında öz fəaliyyətini o qədər gücləndirib ki, ordan seçilən Konqres nümayəndələri ABŞ-ın milli təhlükəsizlik maraqları deyil, məhz erməni diasporasının təsiri altındadırlar. Onların hüquqlarını müdafiə edirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ermənistanın hazırda iqtisadi cəhətdən dövlət olaraq ayaq üstə durması sözügedən diasporaların gücü nəticəsində baş tutur.
Azərbaycanlıların ABŞ-da böyük diaspora icması yoxdur. Məhz bunun üçün də son illər Azərbaycan və Türkiyə icmaları öz fəaliyyətlərini gücləndirməyə çalışırlar. Hətta bir neçə tədbirlər də keçirilib. Lakin güc balansını bərpa etmək üçün hələ çox işlər görməliyik. Digər tərəfdən Türkiyə vətəndaşlarının sayı ABŞ-da çox olmasına baxmayaraq, onlar nədənsə təşkilatlanmayıblar. Çalışırıq ki, onlarla birgə çox böyük olmayan Azərbaycan diaspora icmasının fəaliyyətini gücləndirək. Həmçinin, bu gün ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarının da sayı bir o qədər deyil. Azərbaycanlılar daha çox öz vətənlərində yaşamağa üstünlük verirlər.
- Sizcə, ABŞ prezidentinin uydurma “erməni soyqırımının ildönümü” ilə əlaqədar ənənəvi çıxışında hansısa dəyişiklik ola bilər?
– Mənə elə gəlir ki, ABŞ prezidenti bu dəfə də ötənilki kimi, istifadə olunan cümlələrdən çıxış edəcək. Çünki ABŞ bölgədə ən etibarlı müttəffiqini itirmək istəmir. Mən ABŞ-dan Türkiyəyə qarşı hansısa ciddi, sərt addım atacağını gözləmirəm. Sadəcə olaraq nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın mütəffiqidir. Türkiyə isə ABŞ-ın NATO-da olan müttəfiqidir. Bununla belə, Erməni diasporası ABŞ siyasətinə mənfi təsirlər etmək imkanına malikdir.
- Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı yenilik ola bilərmi? Bu məsələdə ABŞ-ın dəstəyini necə qiymətləndirirsiz?
– Arzu edirəm ki, belə bir yenilik olsun. Sadəcə, arzuların gerçəkləşməsi çox çətindir. Bununla belə, Azərbaycan silahlanır və güclənir. Bu səylər daha da artırılmalıdır. Mən əminəm, sonda biz mütləq bu münaqişəni öz xeyrimizə həll edəcəyik.
ABŞ-a gəldikdə isə, isərdik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduqları mövqe erməni diasporasının təsiri ilə deyil, beynəlxalq hüquq normaları və ABŞ-ın öz milli təhlükəsizliyi maraqları çərçivəsində olsun. Bu gün Ukrayna hadisələrinə görə Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistanda da tətbiq oluna bilərdi. Bununla da işğalçı ölkəni sülhə məcbur etmək olardı. Çox istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ bu istiqamətdə səylərini artırsın. Danışıqlar prosesi gedir. 20 ildən artıqdır ki, ölkəmizə haqsızlıq edilir. BMT-nin qətnaməsi icra olunmur və dünya da bu haqsızlığa göz yumur.
Amid Əyyuboğlu