Rusiya böhranla üz-üzədir
04.03.2020 11:28Putini və Rusiyanı İslam dini xilas edəcək!
Об этом сообщает Роспрес
a24.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya bankları 2015-ci ildəki böhran səbəbilə İslam bankçılığına üz tuturlar.
Beynəlxalq sanksiyalar və neft qiymətlərinin aşağı düşməsi nəticəsində böhranla üz-üzə qalan Rusiya bankları İslam bankçılığına yönəlməyə hazırlaşır. “RİA Novosti”nin məlumatına əsasən, Rusiyadakı “Vnescheconombank” bəzi məsələlərdə Orta Şərq banklarından tövsiyə alır.
Dubaydakı “Rusiya Ticarət Şurası” isə rublun hədsiz aşağı düşməsinin Rusiya şirkətlərini və banklarını İslam bankçılığına sövq etdiyini bildirdi. Rusiya banklarının alternativ axtarmaları, həmçinin faiz nisbətlərinin 2006-cı ildən başlayaraq ən yüksək artımın qeydə alınması, ABŞ-ın rəhbərliyilə tətbiq edilən sanksiyaların “Gazprombank” və “VTB Bank OJSC”-nin də olduğu qurumlara nə dərəcədə təsir etdiyini göstərir. Siyasətçilər bankların iflasa uğramasının və maliyyə sisteminin qeyri-sabitliyinin qarşısını almaq üçün Kredit Təminatı Agentliyinin banklardan pay almasına imkan verən qanun imzaladılar. Bununla yanaşı bank və qurumların bu sahəni öyrənərək bazara necə girəcəklərini başa düşməyə çalışdıqları da qeyd edilir, bunun onlar üçün xüsusən 1-2 il ərzində mühüm olduğu deyilir.