Tesla elektromobili
04.03.2020 11:28Məncə, Silikon (qadınların sevimli maddəsi ilə səhv salmayın) vadisindəki elektromobil istehsalı üzrə şirkəti yaradan şəxslərdən heç biri belə bir uğurun qazanılmasını gözləmirdi. Gözlənilən uğur isə şirkətin sadə adı olan Model S maşınından sonra başladı. Bu uğurun sirri nədir? Əlbəttə, uğurun başında şəxsiyyət durur: Elon Mask – dünyaca məşhur olan PayPal və SpaceX şirkətlərinin qurucusu məhz premium sinfində elektromobil hazırlamağa üstünlük verdi.
Об этом сообщает Руспрес
Elektromobillər həmişə olublar, hətta tarixi adət etdiyimiz benzinlə işləyən avtomobillərin tarixi qədərdir. Dünyanın bir çox ölkələrində bu maşınlar istehsal da olunurlar, amma hər bir şirkətdə məqsəd qısa məsafəyə və ya qısa zaman kəsiyində ən az maliyyə sərf etməklə daha tez çatmaqdır. Ona görə də istehsal olunan maşınlar ekzotik görünüşlü olurlar. Amma Tesla-nın dəri və ağac salonlu, idarəetmə paneli əvəzinə 17 düyməlik ekranlı, 416 at qüvvəsi olan mühərriki, bir doldurmaya 450-500 km məsafə qət etməyə imkan verən yeni modeli sələflərindən çox fərqlənir. Yeni model litium-ion batareyalarından maksimum yararlanan mühəndis fikrinin və varlı alıcıya yönəlmiş dəqiq marketinq hesablamasının təcəssümüdür və daim texniki inkişafın zirvəsində olmağa nəzərdə tutulub.
Maraqlıdır ki, Model S krəş testlərdə (divara çırpılma testlərində) əla nəticələr göstərməklə yanaşı, həm də dünyada kütləvi istehsal olunan ən sürətli elektromobil adını da qazanıb. Amerikanın National Electric Drag-Racing Association qurumunun testlərində bütün rəqiblərini qabaqlayan Tesla-nın yeni modeli 100 km/saat sürəti cəmi 4.3 saniyəyə yığıb. Amerikada 85 kVt/saat batareyalı Model S-i almaq üçün ikiaylıq növbəni gözləmək lazımdır – şirkət ildə 20 min maşın istehsal edir və bütün tələbatı tam ödəyə bilmir.
Norveçdə 2013-cü ildə Tesla ən çox satılan maşın olub, alıcılar yeni maşını 6 ay gözləməli olurlar. Tesla Amerikada, Avropada (xüsusən də Norveçdə) yanacaqdoldurma məntəqələrini aktiv qurmaqdadır. Aydın məsələdir ki, gələcək bu avtombillərindir – maye yanacaq erası sona çatmaq üzrədir, bir azdan elektrik enerjisi ilə çalışan maşınlar normaya çevriləcək.
Biz Tesla-nın Palo Altoda (şirkətin mənzil qərargahının yanında) yerləşən avtosalonuna gəldik. Bizə Model S-i göstərdilər və biz yeni maşınla gəzintiyə çıxdıq, yolüstü Tesla Motors Headquarters-ə baş çəkdik. Mən test zamanı bir neçə şəkil çəkdim.
Bu, Model S-in şassisidir. İki elektro-mühərrik arxada aşağı tərəfdə yerləşir. Batareya 16 blokdan ibarətdir və təhlükəsilik baxımından bir-birindən ayrılıblar. Hər bir blok 7 min Panasonic litium-ion akkumulyatorlarından ibarətdir. Yeri gəlmişkən, batareyalar aşağıda yerləşdiyi üçün maşının ağırlıq mərkəzi təkərlərin fırlanma oxundan aşağıda yerləşir, yəni yarış maşınlarında olduğu kimi – bu isə maşının yolda dayanıqlığını artırır.
İki elektromühərrik. 416 at qüvvəsi. Mən Nissan yarış maşınını idarə etmişəm, amma Model S-in yerindən start alması möhtəşəmdir. Topdan açılan atəş kimi sürücü oturacağa sıxılır, gözlər qaralır – ən əsası isə sakitlikdir, sadəcə asfaltda təkərlərin səsi eşidilir. Bizi müşayiət edən salonun əməkdaşı Silvi deyir ki, bu səsi singing adlandırırlar – maşın doğrudan da oxuyur…
Maşında yük üçün boş yer kifayət qədərdir – həm öndə, həm də arxada…
Əlavə variant kimi arxada iki uşaq oturacağı da verilir…
Əlbəttə, maşında əsas yer enerji doldurmaq üçün yuvadır – arxa işıq qaytarıcısının altında yerləşir…
Avropa və Amerika alıcıları üçün yuvanın forması fərqlənir, yuvanın qapağını qaldırıb enerji mənbəyini yuvaya keçirdikdən sonra 3 işıq-yanıb sönməyə başlayır…
Bu isı Model S-in açarıdır. Düzdür, mənə elə gəlir dizayner Porsche Panamera-dan ilhamlanıb. Amma burda açara elə də ehtiyac yoxdur, start düyməsi belə yoxdur. Sürücü yerini rahatladıqdan, təhlükəsizlik kəmərini bağladıqdan sonra motor işə düşür…
Sürücü maşına yaxınlaşanda qapıda itib-batmış qulp önə çıxır…
Salonda diqqəti cəlb edən heç nə yoxdur, əlbəttə, 17 düyməlik ekrandan başqa. Tam minimalizm dizaynı, düymələr və tumblerlər yoxdur, maşın aktiv olmayanda salon çox kasıb görünür. İrəliyə-arxaya-parklama linki də sükandadır, ona görə də öndəki iki oturacaq arası da boşdur – bütün diqqət panelin mərkəzində yerləşən 17 düyməlik monitorda olmalıdır…
Cihazlar paneli çox sadədir. Solda enerjinin sərfiyyatı qrafiki, mərkəzdə qalan enerji və hazırki templə nə qədər məsafə qət etmək olar, sağda isə hazırda radio dalğanı göstərir…
Sistemin yenilənməsi mümkündür, mərkəzi monitordan internet vasitəsilə Tesla-nın serverinə qoşulur və yenilənmə varsa, sistem yenilənir – adi kompüterdə olduğu kimi…
Silvi Bluetooth ilə öz iPhone-una qoşuldu və paneldə onun mediatekasının albomu göründü…
Hərəkət rejimini dəyişən link…
Qrafik interfeys əvvəlki iOS-a bənzəyir…
Maşının banındakı lyuku açmaq üçün Silvi monitorda barmağını hərəkət etdirir…
Əlbəttə, brauzerə girməkdən özümü saxlaya bilmədim…
Monitoru iki yerə bölmək mümkündür: yuxarıda arxa kamera çalışır, aşağıda isə brauzer…
Sonda isə maşının qiymətləri haqqında yazmaq istəyirəm. ABŞ-da baza modeli 49900 dollardır. Daha çox tutumlu batareyalarla isə 58000-69000 dollar arasında dəyişir. Avropada isə bu maşınların qiyməti 51500 Avrodan başlayır. A24.az Tesla Model S-in Norveçdə çəkilmiş görünütüsünü təqdim edir…