Əş-Şəbabın qanı töküldü
04.03.2020 11:28Somalidə “Əş-şəbab” qruplaşması 25 nəfəri öldürüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız “ANS Press”ə istinadən məlumat verir ki, Somalinin Celcela dağlıq bölgəsində “Əş-şəbab” qruplaşması ilə ordu qüvvələri arasında silahlı qarşıdurma olub. Döyüşdə 5 əsgər, 25 nəfər qruplaşma üzvü öldürülüb. Dörd əsgər, 27 yaraqlı isə yaralanıb.
Puntlend əyaləti hökumət nümayəndəsi Abdulqədir Sumayis verdiyi açıqlamada ölən və yaralananlar barədə məlumatı təsdiqləyib.
“Əl Qaidə” beynəlxalq terror təşkilatı ilə sıx əlaqəsi olan “Əş-Şəbab” qruplaşması Somalidə hökumətə qarşı silahlı mübarizə aparmaqla məşğuldur.