Kəndlinin evi yandı…
04.03.2020 11:28Yardımlıda güclü yanğın olub. Hadisə yanvarın 7-də saat 7 radələrində rayonun Şəfəqli kənd sakini, 1936-cı il təvəllüdlü Səmayə Xudakərim oğlu Məmmədova məxsus evdə olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız APA-ya istinadən xəbər verir ki, yanğın şiddətlənərək daha sonra qonşuluqda yaşayan 1970-ci il təvəllüdlü Bəxtiyar Qurbanqulu qızı Hüseynova məxsus tövləyə keçib. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının genişlənməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, dördotaqlı ev içindəki məişət avadanlıqları ilə, ümumi sahəsi 60 kv. m olan tövlədəki 2,5 ton ot bağlamasının 500 kiloqramı yanıb.
İlkin versiya kimi, yanğının elektrik naqillərindəki qısaqapanmadan törədiyi bildirilir. Hadisənin dəqiq səbəbi isə aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.