MTRŞ sədri: “Bəzi TV-lər başqa yol seçiblər”
04.03.2020 11:28Saytımız məlumat verir ki, bunu “Lent.az”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. “Televiziyalar öz fəaliyyətlərini qanunauyğun quran özəl qurumlardır. Azərbaycanda onlara hər hansı bir məhdudiyyət qoyulmur ki, bu insanı efirə çıxartmaq olar, ya olmaz. Bunu televiziya kanalı özü, verilişə baxıb-baxmamağı da tamaşaçılar müəyyənləşdirir. Yəni bu iradı onlara tamaşaçılar çatdıra bilər. Biz deyə bilmərik ki, sən bu müğənnini niyə çağırırsan, digərini çağırmırsan. Sadəcə hər bir televiziya kanalının rəhbərliyi çalışmalıdır ki, efirində daha keyfiyyətli verilişlər hazırlasın. Efirdə insanlar tərəfindən qəbul edilən müğənnilər olsun və ondan zövq alsınlar”.
Об этом сообщает Роспрес
Şura sədri deyib ki, özəl kanallardan fərqli olaraq dövlət büdcəsindən maliyyələşən kanallarda bayağı müğənnilərə efir imkanı verilmir: “Dövlətin marağı var ki, bu kanallar vasitəsilə cəmiyyətin tələbatını ödəsin. Özəl kanallar isə öz fəaliyyətini kommersiya üzərindən qururlar. Bilirsiniz ki, onları hamıdan çox mən tənqid edirəm, amma bu məsələdə onlar işlərini qanunauyğun qurublar. İctimai qınaq başqa şeydir. Buyursunlar, QHT-lər, vətəndaş cəmiyyəti institutları öz iradlarını bildirsinlər”.