Qatil diktator hakim qarşısında
04.03.2020 11:281700 mayyalının qatili oldu
Об этом сообщает Роспрес
a24.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 ay davam edən hakimiyyəti əsnasında təxminən 1700 mayyalını öldürən Qvatemalanın keçmiş diktatoru Efreyn Rios Mont hakim qarşısına çıxdı.
Qvatemalada 17 ay davam edən hakimiyyəti əsnasında təxminən 1700 mayyalını öldürdüyünə görə 80 il həbs cəzasına məhkum edilən, sonra yenidən mühakimə olunmasına qərar verilən keçmiş diktator Efreyn Rios Montd hakim qarşısında dayandı.
Hakim Canet Valdez 88 yaşlı Montun səhhətilə bağlı problemi olduğunu əsas gətirərək məhkəmədə iştirak etməməsilə bağlı vəkillərinin tələblərini rədd edib məhkəməyə gətirilməsi haqqında qərar qəbul etdi.
Bir müddət sonra təcili tibbi yardım maşınında məhkəmə binasına gətirilən Mont həkiminin nəzarətilə ədyala sarılmış vəziyyətdə hakim qarşısına çıxdı. Şahidlərin dindiriləcəyi məhkəmənin növbəti həftələrdə davam edəcəyi deyildi.
Mont 23 mart 1982-ci ildə hakimiyyətə çevrilişlə gəlmişdi. Avqust 1983-cü ildə sona çatan diktaturası əsnasında əksəriyyəti mayya kəndliləri olmaqla, 1771 insanın ölümündə günahlandırılan Mont, Latın Amerikası ölkələrində həyata keçirilən soyqırımında itdiham edilən ilk lider olmuşdu. Mont 15 il davam edən konqres üzvlüyü əsnasında siyasi toxunulmazlığından istifadə etmiş, sonradan isə ev məhkumluğu yaşamışdı.