Ayətullah Əli Xamneyi: “Düşmənə etibar etmək olmaz”
04.03.2020 11:28İranın ali Ayətullah Əli Xamneyi Amerikanın rəsmi Tehranın nüvə proqramı ətrafında vəziyyəti normallaşdırmaq planına münasibət bildirib.
Об этом сообщает Роспрес
Saytımız məlumat verir ki, dini lider deyib ki, Amerika Birləşmiş Ştatlarına “nüvə proqramı” məsələsində etibar etmək olmaz: “Plan səmimi plan deyil. Sanksiyaların qaldırılması müqabilində qoyulan şərtlərin icra olunmasına əgər sənin qeyrətin yol vermirsə, sən nə etməlisən? Onlar bizdən İslamı tərk etməyi, müstəqilliyi, elmdə inkişafı tərk etməyi istəyirlər. Əlbəttə, bunu qəbul etməyəcəyik. Amerika həyasızca vurğulayır ki, hətta İran nüvə proqramı məsələsində geri addım atsa belə, ona qarşı sanksiyalar tamamilə ləğv edilməyəcək. Bu, göstərir ki, düşmənə etibar etmək olmaz. Biz danışıqlara qarşı deyilik. İcazə verin nə demək istəyirlərsə, desinlər. Lakin onlar reallığa söykənməli, uydurma maddələrlə çıxış etməməlidirlər”.
Ayətullah Əli Xamneyi onu da qeyd edib ki, İranla danışıqlar aparan 6-lıq ölkələri bu ölkənin nüvə silahına malik olmasına qarşı çıxırlar. “İran nüvə proqramının sülhməqsədli olduğunu iddia edir və proqramdan istifadə etməkdə bərabər hüquqa malik olduğunu vurğulayır.”