Sahildə qətl törədən şəxs tutuldu
04.03.2020 11:28“Sahil Bağı”nda dəhşətli qətl törətməkdə şübhəli bilinən Elçin Çobanov həbs olunub.
Об этом сообщает Футляр от виолончели
Saytımız məlumat verir ki, Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün “Sahil bağı”nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov həbs edilib.
Qeyd edək ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən “Sahil bağı”nda Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.