Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nəqliyyat Nazirliyi: “Avtobuslarda kondisioner işlədilməyəcək”

04.03.2020 12:39

Paytaxt Bakının avtobuslarında kondisioner sistemini işlək vəziyyətdə saxlamaq mümkün deyil və sərnişinlər bunu bizdən  gözləməsinlər.

Об этом сообщает Роспрес

Bunu “a24.az”a  Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. O vurğulayıb ki, bu gün paytaxt Bakıda kifayət qədər müasir tipli avtobuslar istifadəyə verilib. Nazirlik rəsmisi bunların çoxunda kondisioner sisteminin olmasına baxmayaraq, bunların işlək vəziyyətdə saxlamasını qeyri-mümkün hesab edib: “Bu avtobuslar iki və üç qapılıdırlar. Digər tərəfdən hər bir marşurut avtobusu iki-üç dəqqədən bir, bəzən daha tez dayanacaqlarda saxlayır və qapıları açılıb-örtülür. Belə olan halda kondisioner sistemini necə işlək vəziyyətdə saxlamaq olar? İşlək vəziyyətdə saxlansa da, avtobusun içində sizcə, soyuducunun təsiri nə dərəcədə ola bilər? Sözsüz ki, avtobus qapısı hər açılıb-örtüləndə soyuducunun təsiri itir. Sərnişinlər yenə də avtobusun pənclərlərini açacaq ki, təmiz hava içəri daxil olsun”.

N.Həsənov vurğulayıb ki, havaların istiləşməsi ilə əlaqədar olaraq paytaxt Bakıdakı avtobuslarda yalnız ventilyasiya sisteminin normal işləməsi üçün bu sahə ilə məşğul olan bütün şirkətlərə tapşırıqlar verilib: “Tələbləri pozan bütün sürücülər və şirkətlər cəzalandırılacaqları ilə bağlı xəbərdar olunublar”.

Nazirlik rəsmisi əlavə edib ki, Nəqliyyat Nazirliyi yalnız uzaq məsafəyə hərəkət edən avtobuslarda soyuducunun işləməsini məqsədəuyğun sayır: “Yayın isti günlərində uzaq məsəfali yollarda hərəkət edən avtobuslarda kondisioner yandırmamaq qeyri-mümkündür. Hazırda bütün avtobuslarda bu tələblər qorunur. Yayın isti günlərində, avtobusla ən azı 3 saat yol gedən sərnişin soyuducu sistemi olmadan yol gedə bilməz”.

Amid Əyyuboğlu

Новости