Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nobel mükafatı alan türkiyəli danışdı: heç gözləmirdim…

04.03.2020 12:39

Məlum olduğu kimi, İsveç Nobel komitəsi 2015-ci ildə kimya üzrə mükafatın sahibini açıqlayıb.

Об этом сообщает Роспрес

Türkiyədən Əziz Sancar, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri naliyyətlə əlaqədar bu mükafata layiq görülüblər. Elm adamları eyni zamanda 969 min dollarlıq mükafatın da sahibi olublar.

Saytımız xəbər verir ki, Nobel mükafatına layiq görülən Əziz Sancar bununla bağlı təəssüratını bölüşüb. O qeyd edib ki, Nobel mükafatı qazandığını ilk dəfə telefon zəngindən sonra bilib: “Bu səhər telefon zəng çaldı və yoldaşım baxdı. Sonra məni yuxudan oyandırdı. Heç gözləmirdim, həqiqətən çox çaşdım”. O, Türkiyədə Nobel mükafatı qazanan ilk alim olduğunu da söyləyib: “Bundan əvvəl ədəbiyyat sahəsində Orhan Pamuk qazanmışdı. Mən mükafatı qazanan ilk elm adamı oldum. Bu mükafatın Türkiyədə də sevinclə qarşılanacağına əminəm. Ölkəm üçün də çox sevinirəm”. Əziz Sancar Mardinin Savur rayonunda səkkiz uşaqlı bir ailədə doğularaq böyüyüb başa çatıb. İstanbul Tibb Fakultəsini bitirib. O. ABŞ Milli Elmlər Akademiyasına qəbul edilən 3 türkiyəlidən biridir. Prof. Dr. Sancar, xərçəngin müalicəsində “ritmik saat” kəşfini edərək dünya səviyyəsində tanınmışdır.

Новости