Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Norveç alimləri Ebola virusu əleyhinə vaksin hazırlaya biliblər?

04.03.2020 12:39

Norveç alimləri güman edirlər ki, Ebola virusuna qarşı yüz faiz təsirli olan ilk vaksin hazırlayıblar.

Об этом сообщает Роспрес

Saytımız AZƏRTAC-a istinadən xəbər verir ki, Norveç mütəxəssislərinin rəhbərliyi ilə Qvineya Respublikasında keçirilən beynəlxalq tədqiqatın ilkin nəticələri belədir.

Yerli KİV-lərin məlumatına görə, ilkin nəticələr vaksinin yüz faiz təsirli olduğunu nümayiş etdirib. Hələlik bu məlumatlar qəti təsdiq olunmayıb, amma hər şey bu vaksinin son dərəcə təsirli olmasından xəbər verir.

Yeni preparat Norveç İctimai Səhiyyə İnstitutunun, Dünya Səhiyyə Təşkilatının, Qvineya hakimiyyət orqanlarının və “Sərhədsiz həkimlər” təşkilatının əməkdaşlığı sayəsində ərsəyə gəlib. Norveç hökuməti tədqiqatların aparılmasına 500 milyon kron ayırıb (61 milyon dollar).

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün Liberiya, Syerra-Leone və Qvineyada 27748 nəfər Ebola virusuna yoluxub, 11 279 nəfər dünyasını dəyişib. Mali, Nigeriya, Seneqal, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ-da da yoluxma halları qeydə alınıb. Buna baxmayaraq, bu ölkələrin çoxunda yoluxanların sayı 10 nəfərdən çox deyil.

Новости