Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dolların ucuzlaşması qaçılmazdır

04.03.2020 13:26

Ölkənin valyuta bazarına iri həcmdə ABŞ dollarının çıxarılması yaranmış gərginliyi xeyli azaldıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, sentyabrın 8-də Mərkəzi Bankla Dövlət Neft Fondunun (ARDNF) valyuta hərracına birlikdə 300 milyon ABŞ dolları çıxarması bankların və əhalinin bu valyutaya tələbinin ödənilməsində ciddi rol oynayıb. Məlumata görə, ötən gün hərraca 300 milyon ABŞ dollarının çıxarılmasından sonra Bakıda fəallaşan “qara bazar”larda dollar demək olar ki, Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun təklif olunur. Bununla belə, Mərkəzi Bankın valyuta ehtiyatlarının məhdudluğu, o cümlədən, ARDNF-in büdcə transferlərinin müəyyən edilmiş həddi adları çəkilən qurumun harraca tələb olunan qədər dollar çıxarmaq imkanları haqqında müəyyən suallar yaradır. Digər tərəfdən, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilddiyinə görə, ölkənin valyuta bazarında indiki tələbat 900 milyoin dollar civarındadır. Bütün bunları nəzərə aldıqda, valyuta bazarında yaradılmış sabitlik uzunmüddətli olacaqmı?

Tanınmış iqtisadçı Vüqar Bayramov özünün “Facebook” səhifəsində qeyd edib ki, Mərkəzi Bank və ARDNF-in hərraca 300 milyon dollar çıxarması kommersiya banklarının valyuta sifarişlərini xeyli şişirdiklərini təsdiqləyib:

“Əvvəl də qeyd etmişdim ki, kommersiya banklarının sifarişi süni tələbdir. Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər. Nəticədə, əvvəlki hərraclarda milyard dollara yaxın tələb ilə çıxış edən banklar dünən cəmi 340 milyon dollar istədilər. Niyə? Çünki öncədən hərraca 50 milyon deyil, 300 milyon dolların gələcəyini bildilər və reala yaxın tələb ilə çıxış etdilər. Halbuki bir neçə gün öncə 700 milyon dollara iddia edirdilər. 50 milyon dollar satılanda 700 milyon dollar istəyən bankların 300 milyon dollar hərraca çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar sualınnı cavabı da budur”.

V.Bayramov daha ssonra valyuta bazarında vəziyyətin perspektivinə toxunaraq, mövcud gedişatın liberal məzənnə siyasətinə apardığını vurğulayıb:

“Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq. Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində, bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb”.

Новости